USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan: "Qarşımızda yeni layihələr, yeni uğur hekayələri var"

12.06.2018 İqtisadiyyat
0 0
"TANAP ilk gündəmə gəldiyində bəzi dairələr buna yuxu dedi".

"Kommersant" APA-ya istinadən bildirir ki, sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bəziləri layihənin gerçəkləşməyəcəyini düşünürdülər: “Lakin biz Azərbaycanla birlikdə səbr etdik və doğru bildiyimiz yolla hərəkət etdik. İndi bu qürur tablosuna şahidik. Qarşımızda yeni layihələr, yeni uğur hekayələri var. Azərbaycan prezidenti İlham Əliyevə göstərdiyi liderliklə bağlı bir daha təşəkkür edirəm”.