USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabahın hava proqnozu

10.06.2020 İqtisadiyyat
0 0
İyunun 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 30-35, Bakıda gecə 19-21, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 30-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Əvvəlki

    Pensiya yaşı azaldılır - Yeni layihə

Digər xəbərlər

13.05.2024 İqtisadiyyat
Yapon Yeninin taleyi FED-in əlindədirmi?
0 0
13.05.2024 İqtisadiyyat
Çinin avtomobil ixracı 34 faiz artıb
0 0
13.05.2024 İqtisadiyyat
Neftin qiyməti qalxır
0 0