USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərsu” rəhbərinin qohumlarının şirkətləri üzə çıxdı

16.06.2020 İqtisadiyyat
0 0
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qohumlarının şirkətləri üzə çıxıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.

Oğlu Araz Hüseynov "Natural Aqro" MMC şirkətinin rəhbəridir. Həmçinin o "ABLV Bank"ın Bakı ofisi vasitəsilə bir çox Azərbaycan məmurlarının korrupsiyadan əldə etdikləri pulları xaricə daşıyıb.

Qardaşı Məhəmməd Cavanşir oğlu Hüseynov "Sənaye Tikinti-M" MMC-nin təsisçisidir. Bu MMC "Azərsu" üçün 1,5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib.

Qaynı Namiq Cidalı oğlu Cəbrayılov "Hidro-İnşaat Servis" və "Hidro-Lotus" MMC-nin təsisçisidir. Türkiyədə də "Lotus" adlı şirkəti var. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz "Hidro-Lotus" MMC-yə tapşırılıb.

Q.Hüseynovun özünün də Bakının Nərimanov rayonunda villası var.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

  • Əvvəlki

    Azərbaycanda daha bir xəstəxanada koronavirus xəstələrinin görüntüləri yayıldı - VİDEO

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0