USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

KİVDF qəzetlərlə bağlı qərar qəbul etdi

17.06.2020 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının videokonfrans vasitəsi ilə iclası keçirilmişdir. İclasda 2020-ci ilin ikinci yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqənin elan edilməsi müzakirə edilib.

Pravda.az-ın xəbərinə görə, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 19 sahə üzrə qəzet layihələrinin maliyyələşdirilməsi qərara alınıb.

Müsabiqədə iştirak etmək üçün sənədlər 17 iyundan 26 iyunadək saat 10:00-dan 17:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim edilməlidir.

Ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.

Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə, Azərbaycan Mətbuat Evi, 3-cü mərtəbə.

Telefon: (012) 537-19-45; (012) 537-19-41

[email protected]