USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Moody's Investors Service" Azərbaycanla bağlı proqnozunu - AÇIQLAYIB

17.06.2020 İqtisadiyyat
0 0
2020-ci ildə neftin orta qiymətinin 35 ABŞ dolları olduğu təqdirdə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti 4,6 faiz bəndi azalacaq.

Bu barədə "Moody's Investors Service" şirkətinin araşdırmasında deyilir.

Qeyd olunub ki, 2021-ci ildə neftin orta qiymətinin 45 dollar səviyyəsində olan ssenaridə isə ölkənin cari əməliyyatlar hesabının ÜDM-ə nisbətinin 4 faiz bəndi azalacağı gözlənilir

"Moody's" qeyd edir ki, neft ixracatçılarını nəzərə alaraq, bu, orta göstəricidir. Digər karbohidrogen ixracatçılarına gəldikdə, ən böyük zərbəyə Konqo, İraq və Anqola məruz qalacaq. Belə ki, bu ölkələrin təkcə bu ildə cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti müvafiq olaraq 9,8, 6,2 və 6,4 faiz bəndi azalacaq. Bu göstəricidə ən aşağı azalma Papua-Yeni Qvineya, Trinidad və Tobaqo, Rusiya və Bəhreyndə olacağı gözlənilir. Proqnoza görə, sözügedən ölkələrdə 2020-ci ildə cari əməliyyatlar hesabı müvafiq olaraq 0,6, 1,4, 1,9 və 1,5 faiz azalacağı gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin I rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-ə nisbəti 6% təşkil edib.

  • Əvvəlki

    Kamran Əliyev: “Bakıdan giriş-çıxışla bağlı polisin rüşvət aldığı təsdiqlənərsə...”

Digər xəbərlər

08.05.2024 İqtisadiyyat
Lirə ucuzlaşıb
0 0
07.05.2024 İqtisadiyyat
Apple M4 prosessorunu təqdim etdi
0 0