USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lider TV niyə müflis elan edildi? - YENİ FAKTLAR

18.06.2020 İqtisadiyyat
0 0
“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin “Lider TV və Radio-Azərbaycan” MMC-nin 691.092,16 manat borcu yarandığı üçün müflis elan edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Demokrat.az-a Bakı Kommersiya Məhkəməsindəki mənbə məlumat verib.

Məlumata görə, MMC 2019-cu ildən yaranan borcu ödəyə bilməyib. Buna görə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi tərəfindən borclu "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan edilməsi barədə məhkəməyə müraciət edib.

Məhkəmədə çıxış edən MMC-nin nümayəndəsi Günay Əliyeva bildirib ki, iddiaçı ilə uzun illər əməkdaşlıq ediblər.

Onun sözlərinə görə, öhdəliklərin həmişə vaxtında yerinə yetiriblər. Nümyəndə qeyd edib ki, son bir neçə ildə maliyyə problemlərinin yaranıb və bu səbəbdən borclanıblar.

Məhkəmədən qeyd edilib ki, artıq "Lider TV və Radio-Azərbaycan" MMC-yə yeni inizbatçı da təyin olunub. Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Abbasov Mikayıl Hümmət oğlu əmlak inzibatçısı təyin edilib.

Qeyd edək ki, ötən gün Bakı Kommersiya Məhkəməsi "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan edilməsi barədə qərar qəbul edib. /Demokrat.az

  • Əvvəlki

    Qlobal reklam bazarını kəskin tənəzzül gözləyir - PROQNOZ

Digər xəbərlər

11.07.2025 İqtisadiyyat
Tramp Kanada mallarına 35% tarif elan edib
0 0
11.07.2025 İqtisadiyyat
Dəmir filizi qiymətləri artır
0 0
11.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
11.07.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0