Ölkə qazının Bolqarıstana nəqli üçün interkonnektorunun tikintisinə başlana bilər

Bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" konfransında Bolqarıstanın energetika nazirinin müavini Rosen Smitçiyev bildirib.
Onun sözlərinə görə, hazırda layihə şirkəti - ICGB boruların nəqli və kəmərin inşası üçün elan edilən tenderi yekunlaşdırmaq üçün çalışır. R. Smitçiyev qeyd edib ki, tenderin ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur: "Tikinti işlərinə 2018-ci ilin sonunda başlanılması, 2020-ci ildə interkonnektorun brinci hissəsinin yekunlaşması gözlənilir".
O, layihənin maliyyələşdirilməsi ilə bağlı problemin olmadığını bildirib. Energetika nazirinin müavini bildirib ki, IGB-nin ümumi investisiya dəyəri 220 mln. avrodur: "İnvestisiya xərclərinin 1/3 hissəsini Avropa İttifaqından ayrılan qrant təşkil edir. Belə ki, 45 milyon avro Avropa İttifaqı tərəfindən iqtisadiyyatın bərpası üçün Avropa Enerji proqramı çərçivəsində, 39 milyon avro Aİ-nin Bolqarıstan üçün Avropa Struktur fondları tərəfindən qrant ayrılıb. Bundan başqa, Bolqarıstan hökuməti Avropa İnvestisiya Bankından IGB üçün 110 milyon avro kreditin cəlb edilməsi üçün 2018-ci ilin büdcəsindən dövlət zəmanəti verib. Bu da əlverişli şərtlərlə kredit ayrılmasına imkan yaradacaq".
Rosen Smitçiyev qeyd edib ki, kredit müqaviləsinin ilin sonuna qədər imzalanması nəzərdə tutulur.
Digər xəbərlər

Aİ potensial böhranlar üçün su, dərman və nadir elementlər ehtiyatı saxlayacaq
