USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sərt karantin rejimi uzadılacaq? - RƏSMİ AÇIQLAMA

29.06.2020 İqtisadiyyat
0 0
8 rayon və şəhərdə tətbiq edilən sərt karantin rejiminin uzadılıb-uzadılmaması situasiyadan asılı olacaq, bu, hələlik müzakirə olunmur.

"Kommersant.az" xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, hələ qarşıda 1 həftə var:

"Situasiyadan asılı olaraq, vəziyyətə müvafiq qərar veriləcək. Bu barədə də ictimaiyyət məlumatlandırılacaq".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

  • Əvvəlki

    SON DƏQİQƏ: kasıblara pulsuz MƏNZİLLƏR VERİLƏCƏK - İlham Əliyev İMZALADI

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0