USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident ASC-yə 8.5 milyon manat ayırdı

08.07.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev "Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncamla "Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması” layihəsi üzrə nəzərdə tutulan işlərin başa çatdırılması üçün "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 8,5 milyon (səkkiz milyon beş yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (ASC) ayrılıb.

  • Əvvəlki

    İcbari Tibbi Sığorta ilə bağlı yeni layihəyə start verildi

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0