USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Ordusu ermənilərin daha bir postunu ələ keçirdi - FOTO

13.07.2020 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlələri nəticəsində Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb.

Tovuzdan olan jurnalist Siyavuş Əmirli isə Azərbaycan Ordusunun ermənilərin daha bir postunu ələ keçirdiyini bildirib: "Daha bir sevindirici xəbər .Tovuz rayonu istiqamətində düşmənə ağır zərbələr endirən Azərbaycan ordusu Tavuş rayonunun Movses kəndi ərazisində Ermənilərin daha bir postunu ələ kecirdib. Movses kəndi Tovuzun Əlibəyli kəndi ilə həmsərhəddir. Yaşa mənim ordum!"

Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Ermənistan mediasında və sosial şəbəkələrdə yer alan məlumatlarda isə Azərbaycan Ordusu tərəfindən 31 erməni hərbçisinin məhv edildiyi yazılıb. Onlardan 7-nin zabit olduğu deyilir.

  • Əvvəlki

    Azərbaycan-Ermənistan sərhədində gedən döyüşdə hər iki tərəfdən itki var - RƏSMİ

Digər xəbərlər