USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan 211 Azərbaycan vətəndaşı Bakıya gətirildi

13.07.2020 İqtisadiyyat
0 0
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib ki, "Airbus A340" hava gəmisi ilə Azərbaycan vətəndaşları Vətənə çatdırılıb.

Bundan əlavə, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 Rusiyalı həkim gətirilib. Bu həkimlər koronavirus pandemiyası ilə mubarizədə kömək göstəcəklər.

"Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir"-deyə, məlumatda qeyd olunub.

  • Əvvəlki

    Şəhid olan əsgərlərdən biri Tovuzda belə qarşılandı - VİDEO

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0