USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezidentdən mühüm sərəncam

24.07.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Kommersant.az"-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.

Sərəncamla "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.

  • Əvvəlki

    Maşın bazarında - QİYMƏTLƏR

Digər xəbərlər

11.07.2025 İqtisadiyyat
Asiya fond bazarları qarışıqdır
0 0
11.07.2025 İqtisadiyyat
Lirənin bu günə olan məzənnəsi
0 0
11.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0