USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2020-ci ilin ən bahalı markalarının adları açıqlandı

29.07.2020 İqtisadiyyat
0 0
“Forbes” jurnalı dünyanın 100 ən bahalı markasının siyahısını dərc edib. Bildirildiyi kimi, onların ümumi dəyəri 2019-cu ildən bəri 2,33 trilyon dollardan 2,54 trilyon dollara qədər artmışdır.

"Kommersant.az" xəbər verir ki, ənənəvi olaraq, reytinqdə İT şirkətləri liderlik edir. Qeyd edək ki, ilk beşlik 2019-cu ildən bəri dəyişməyib.

2020-ci ilin 10 ən bahalı brendi:

"Apple" – 241,2 milyard dollar (+17%).
"Google" – 207,5 milyard dollar (+24%).
"Microsoft" – 162,9 milyard dollar (+30%).
"Amazon" – 135,4 milyard dollar (+40%).
"Facebook" – 70,3 milyard dollar(-21%).
"Coca-Cola" – 64,4 milyard dollar (+9%).
"Disney" – 61,3 milyard dollar (+18%).
"Samsung" – 50,4 milyard dollar (-5%).
"Louis Vuitton" – 47,2 milyard dollar (+20%).
"McDonald’s" – 46,1 milyard dollar (+5%).
Qeyd

Siyahıdakı şirkətlərin yarıdan çoxu ABŞ-da yerləşir, onu – Almaniyada, doqquzu – Fransada, altısı – Yaponiyada, beşi – İsveçrədə.

İT şirkətlərindən sonra siyahıda ikinci yerdə maliyyə xidmətləri dayanır – 14 müəssisə, 11 avtomobil şirkəti, 8 pərakəndə satış.

"Visa" (25-ci yerdən 18-ci yerə), "Adidas" (61-ci yerdən 51-ci yerə) və "Netflix" (38-ci yerdən 26-cı yerə) şirkətinin mövqeyi nəzərəçarpacaq qədər dəyişib.

2020-ci ildə dünyanın ən bahalı markaları siyahısına "Nintendo", "Hennessy", "Burger King" və "AXA" şirkəti daxil olub. "Phillips", "Hewlett Packard Enterprise" və "Kellogg’s" bu siyahını tərk edib.

Banker.az