USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əlilliyin təyinatı ilə bağlı yeni xəbər

04.08.2020 İqtisadiyyat
0 0
Əlilliyin təyinatı ilə bağlı nazirlik tərəfindən yeni meyarlar hazırlanır.

@Kommersant.az@-ın məlumatına görə, bunu Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, Nazirliyə müvafiq tapşırıq verilib ki, əsassız əlillik təyinatlarına ciddi nəzarət etsin: "Əlilliyin təyinatı ilə bağlı yeni qanun qəbul edilib. Bu sahədə qanunvericilik təkmilləşdirilir. Tibbi sahədə də TƏBİB-lə sıx işləyirik. Əlilliyin təyinatı ilə bağlı xüsusi meyarlar var. Hər qüsuru olan insana əlil demək doğru deyil. Bu dəyişikliklərin məqsədi keyfiyyətin yüksəldilməsi və haqqı olan vətəndaşların bu sistemə gətirilməsidir".

  • Əvvəlki

    İngiltərə ilə Amerika arasında ticarət sazişi ilə bağlı rəsmi yazışma oğurlanıb

Digər xəbərlər

02.06.2025 İqtisadiyyat
Böyük Britaniyada istehsal PMI 46,4 olub
0 0
02.06.2025 İqtisadiyyat
Avrozonada istehsal PMI yüksəlir
0 0