Neft ucuzlaşıb

16.06.2018 İqtisadiyyat
Dünya birjalarında neft ucuzlaşıb.

""Kommersant" APA-Economics"ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,51 dollar və ya 3,75% azalaraq 64,38 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,50 dollar və ya 3,29% azalaraq 73,44 dollar təşkil edib.