USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Oqtay Əsədovun Bakıda 1 hektarlıq şəxsi çimərliyi - FOTO

21.08.2020 İqtisadiyyat
0 0
Milli Məclisin deputatı Oqtay Əsədov Bakının Xəzər rayonunun Türkan qəsəbəsində - Xəzər dənizinin sahilində 1 hektarlıq ərazidə şəxsi çimərlik salıb.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

"Düzdür, burada dəbdəbəli imarət tikdirməyib, bağ-bağat salmayıb, hətta ətrafdakı dəbdəbəli villaların yanında çox kasıbyana görünür. Hələlik burda Əsədovun sevimli itləri dincəlir" - C.Həsənli qeyd edib.