USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha 400 vətəndaşımız Rusiyadan Azərbaycana qayıdıb

26.08.2020 İqtisadiyyat
0 0
Daha 400 Azərbaycan vətəndaşı Rusiyanın Dağıstan Respublikasından ölkəmizə təxliyə edilib.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.

Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıtması təmin olunub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.