"Kommersant.az" xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentliyə namizəd Svetlana Tixanovskayanın Avropa Parlamentinə respublikada "dinc inqilab"ın baş verdiyi barədə bəyanatı fonunda Belarusda nümayişçilərə qarşı hüquq-mühafizə qüvvələrinin istifadəsi ilə bağlı sualı cavablandırarkən deyib.
Peskov qeyd edib ki, baş verənləri qiymətləndirməyə və ya asayişin təmin edilməsi funksiyasını yerinə yetirən Belarusiya hüquq-mühafizə orqanlarının hərəkətlərinə münasibət bildirməyə başlasanız, bu, müttəfiq ölkənin daxili işlərinə müdaxilə olacaq.