USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin mediasından Trumpa ağır sözlər

18.06.2018 İqtisadiyyat
0 0
Çin milli informasiya agentliyi "Xinhua" ABŞ Prezidenti Donald Trampı və qlobal iqtisadiyyata zərər verəcəyi gözlənilən himayəçilik (proteksionizm) tədbirlərini, "Müdrik adamlar körpü, axmaqlar divar inşa edir" sözləri ilə tənqid edib.

ABŞ Prezidenti Donald Trampın 50 milyard dollar dəyərində Çin məhsullarına 25 faiz əlavə gömrük vergisi tətbiq etməsi qərarından sonra, Çinin "Xinhua" Xəbər Agentliyi, "China Daily" və "People's Daily" qərara iradlar bildirən məqalələr yayıblar:

"Kommersant" xəbər verir ki, "Xinhua" Xəbər Agentliyinin məqaləsində deyilir:

"Müdrik adamlar körpülər, axmaqlar isə divar inşa edir. Çin və ABŞ arasında ticarət müharibəsinə Çinin ən yaxşı reaksiyası genişlənmə və dünyaya açılmaq yolunda davam etmək olar. Bundan başqa, genişlənmək və dünyaya açılmaq, dünyadakı ən böyük iqtisadiyyatların məsuliyyətidir. Tramp hökuməti qlobal iqtisadiyyatı ləngidən qərarlar verir, utancverici bir rol oynayırlar. Ticarət müharibəsinin qalibi olmur. ABŞ-ın başlatdığı bir ticarət müharibəsinin qlobal iqtisadiyyata, iqtisadi qloballaşmaya, çox tərəfli ticarət sistemlərinə və qlobal istehsal tədarükü zəncirlərinə çox ciddi zərərləri olacaqdır. ABŞ-ın səhv proteksionist addımlarının zərərini bütün dünya ödəyəcək. Ağ Evin beynəlxalq ticarət siyasəti təkcə Amerikalı seçicini cəlb etmək üçün apardığı məsuliyyətsiz bir davranışdır. Amerikalı seçicilər isə prezidentlərinin onların haqları uğrunda mübarizə apardığına inanmış vəziyyətdədir. Əgər Vaşinqton bu təhlükəli macərasından çəkilməsə ticarət danışıqlarının əsas ruhunu sərt bir şəkildə pozan ABŞ-Çin ticarət müharibəsi geri qayıdacaq. Donald Tramp hökumətinin sürətlə və davamlı fikir dəyişdirdiyini düşündükdə, hələ tam bir ticarət müharibəsinin başladığını demək üçün tezdir. Çinin isə məsələyə dair mövqeyi başdan bəri dəyişməyib".

Trampın 50 milyard dollar dəyərində Çin idxalına əlavə vergi tətbiq etməsindən sonra Çin də kənd təsərrüfatı məhsulları daxil və ümumi dəyəri 34 milyard dollar təşkil edən 545 ABŞ məhsullarına əlavə gömrük vergisi ilə İyulun 6-dan etibarən cavab tədbirləri görəcəyini bildirib. Apreldə nəşr olunan ilk siyahıdan sonra Cümə günü açıqlanan yeni siyahıda sərnişin təyyarələri yer almır.

Çinin Cümə günü açıqladığı gömrük vergiləri, ABŞ-dan idxal edilən dana əti, donuz əti, ev heyvanları, balıq və dəniz məhsulları, süd məhsulları, tərəvəzlər, göbələklər, meyvə, soya fasülyesi, viski, portağal suyu, tütün məhsulları və ənənəvi, hibrid və elektrik avtomobilləri əhatə edir.

Çin hələ ki, ümumi dəyəri 16 milyard dollar təşkil edən və aralarında neft, qaz, kömür, emal neft məhsulları və tibbi ləvazimat kimi məhsullar olan 114 məhsula isə hələ əlavə bir gömrük vergisi tətbiq etməyib.

  • Əvvəlki

    AZƏRBAYCANDA İNFORMASİYA VƏ RABİTƏ XİDMƏTLƏRİNDƏN GƏLİR ARTIB

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0