USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Manatlıq” taksilər ləğv olunur - RƏSMİ

02.09.2020 İqtisadiyyat
0 0
Bakıda yeni exspres taksi xidməti yaradılacaq.

"Kommersant.az" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib.

Onun sözlərinə görə, bu məsələ Agentliyin təşəbbüsü ilə müzakirə edilən yeni konsepsiyada öz əksini tapıb:

"Həmin taksilər birbaşa marşrut üzrə hərəkət edəcək. Bu taksilər fəaliyyətə başlayandan sonra pərakəndə halda işləyən "Birmanatlıq" taksilərin fəaliyyətinin qarşısı alınacaq. Exspres taksilər sərnişinlər üçün tənzimlənən formada fəaliyyət göstərəcək".

H.Babayev bildirib ki, hazırda müxtəlif istiqamətlərdə "Birmanatlıq" taksilər pərakəndə vəziyyətdə fəaliyyət göstərərək bir dayanacaqdan digər dayanacağa sərnişin daşımaqla məşğuldur:

"Həmin taksilər tənzimlənmədiyindən avtobus dayanacaqlarına daxil olur, dayanacaqlarda və yollarda tıxaclar yaradır. Bu da sərnişin və sürücülərin haqlı narazılığına səbəb olur".

  • Əvvəlki

    "Yaxşı işlər yavaş görülür" - DEPUTAT

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0