USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lukaşenko avtomatla gəzməsini belə əsaslandırdı

09.09.2020 İqtisadiyyat
0 0
Belarus lideri Aleksandr Lukaşenko əlində silahla 23 avqustda özünün Minsk iqamətgahına necə uçduğundan danışıb.

"Kommersant.az"-ın məlumatına görə, Belarus prezidenti mətbuata verdiyi müsahibədə deyib ki, onu təhlükəsizlik xidmətindən üç nəfər, antiterror bölməsindən 3-4 əməkdaş və oğlu Nikolay müşayiət edib.

Lukaşenko İstiqlal Sarayında bir situasiya mərkəzinin olduğunu izah edib: "Mən Minskdə baş verənləri bütün kameralardan görə bilirəm. Yadınızdadır, onlar ilk dəfə buraya, İstiqlal Sarayına tərəf irəlilədilər. Aydındır ki, biz bu variantı nəzərə almışdıq və İstiqlal Sarayı qorunurdu. Ancaq onlar buraya axın edəndə helikopterimlə düz iki kilometr aralıdan iqamətgahıma gəlirdim", - Lukaşenko etiraf edib.

O, orada nələrin baş verdiyini görmək istədiyini də əlavə edib: "Mən helikopterə minirəm, amerikalılarsa kosmosdan hər şeyi ki görür! Beləcə dərhal Varşava yaxınlığındakı mərkəzlərinə vertolyotun qalxdığına dair bir siqnal verdilər. Prezident vertolyotu qalxan kimi onlar qaçdılar. Dağılışmağa başladılar. Mən də ətrafda uçdum və nə baş verdiyini gördüm. Ancaq bir ovuc döyüşçü qaldı".

Onun sözlərinə görə, bu şəkildə o özünün də, uşaqlarının da burada olduğunu göstərib. "Mətbuat katibim çölə çıxmamağım üçün ardımca qaçdı – yəni birdən snayper olsaydı, nə olardı?" - Lukaşenko əlavə edib.