USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabiq icra başçısı məhkəməyə gətirlildi - YENİLƏNİB

11.09.2020 İqtisadiyyat
0 0
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimat ilə əlaqədar Səbail Rayon Məhkəməsinə gətiriliblər.

"Report"un xəbərinə görə, istintaq orqanının verdiyi təqdimata Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılaraq qərar qəbul ediləcək.

09.22

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilib.

"Kommersant.az"-ın xəbərinə görə, istintaq orqanının verdiyi təqdimata Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Həmçinin rayonun digər vəzifəli şəxsləri - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər.

report

  • Əvvəlki

    “Qaçaraq, guya siyasi sığınacaq almağa gəlmişəm” - Əli Həsənov Abu-Dabiyə gedir - FOTO

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0