USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Audi”nin icraçı direktoru həbs edildi - SKANDAL

19.06.2018 İqtisadiyyat
0 0
Dizel mühərrikli avtomobillərdə istifadə olunan saxta proqramların aşkarlanması ilə yeni skandalda adı hallanan “Volkswagen” şirkəti bu dəfə “Audi” markası ilə gündəmdədir.

"Kommersant" Avropa mediasına istinadən xəbər verir ki, ABŞ tərəfindən 25 milyard avro məbləğində cəza alan və yüz minlərlə marka və modeli geri çağırılan "Volkswagen" şirkətinin ən önəmli markalarından biri olan "Audi"nin icraçı direktoru Rupert Stadler "dəlilləri gizlətmək" iddiası ilə dünən həbs olunub.

"Audi", "SEAT", "Skoda", "Porsche", "Lamborghini" və "Volkswagen" kimi bir çox avtomobil markasını istehsal edən "Volkswagen" şirkətlər qrupunun 3 il əvvəl yaşadığı dizel skandalı böyüməkdə davam edir. ABŞ, satdığı dizel mühərrikli avtomobillərdə istifadə etdiyi proqram saxtakarlığını ortaya çıxardıqdan sonra şirkət, vətəni Almaniyada ciddi problemlər yaşamağa başlayıb. Nəticədə yüksək məbləğdə cəza ödəməli olub. Keçən həftə sözügedən problemə görə 1 milyon avro ödəyən şirkət, bu dəfə də "Audi"nin icraçı direktorunun tutulması ilə növbəti zərbəni aldı.

Şirkət rəhbərinin həbsinə əsas səbəb isə geri çağırılan avtomobillərdəki proqramın istifadəyə verilən proqramla eyni olmaması olub. İddiaya görə, "Volkswagen" istehsal etdiyi avtomobillərlə ekologiyaya həddən artıq zərər vurur.

Bundan sonra şirkətin müştərilərdə yaratdığı inamsızlığını necə bərpa edəcəyi sual altındadır.

Nərmin Həsənli

  • Əvvəlki

    Gürcüstandan Azərbaycana avtomobil idxalı da artdı

Digər xəbərlər