USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın siqaret bazarında artım

19.10.2020 İqtisadiyyat
0 0
Azərbaycanda 2020-ci ilin yanvar-sentyabr aylarında 5 764,6 milyon ədəd papiros və siqaret istehsal edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin müvafiq dövründə isə 4 443.8 milyon ədəd papiros və siqaret istehsal edilib ki, bu da illik müqayisədə 1 320.8 milyon ədəd və 30% artım deməkdir.

Bu ilin 9 ayında Azərbaycanda 3 513.7 ton fermentləşdirilmiş tütün istehsal edilib. Belə ki, 2019-cu ilin 9 ayı ilə müqayisədə fermentləşdirilmiş tütün istehsalı 9% azalıb.

Yanvar-sentyabr aylarında kənd təsərrüfatı məhsulu kimi 4 717 ton tütün istehsal edilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 11% artımdır.