USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Suqovuşana bayraq sancan əsgərin atası: “Oğlumun şəhid xəbəri gəldi, amma...” - VİDEO

02.11.2020 İqtisadiyyat
0 0
Bir müddət əvvəl hər kəs işğaldan azad edilən Suqovuşana Azərbaycan bayrağını sancan qəhrəmandan danışırdı - İlkin Fərzəliyevdən.

Atası Azad Fərzəliyev oğlu ilə bayrağı sancmazdan öncə danışdığını deyir:

"Oğlumla danışanda təkcə bunu dedim: o bayrağı sanc, İlkin, amma xahiş edirəm, sağ qal, şəhid yoldaşlarının qanını yerdə qoyma, nə olar?!

İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır. Sanki bizim alnımıza vurulan o damğanı yuyurlar. İlkin gedəndə məndən halallıq istədi. Ona dedim ki, sənin üçün nə etmişəm ki, nə də halal edim?! Nə etmisənsə, bizim üçün sən etmisən. Hətta müharibənin ilk günlərində mən onun şəhid olması xəbərini də eşitdim, amma içimdəki atalıq hissi mənə dedi ki, oğlum sağdır".

İlkin nişanlıdır. Yolunu həsrətlə gözləyən xanım, bütün həyatını övladlarına qurban vermiş ana və ən əsası, qəhrəmanını gözləyən Azərbaycan xalqı var.

Daha ətraflı AZTV-nin videoreportajında:

  • Əvvəlki

    Dünyanın ən uzun dənizaltı dəmir yolu tuneli tikiləcək

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0