USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Seçkinin ilk turunda hazırkı prezident məğlub oldu - Moldova

02.11.2020 İqtisadiyyat
0 0
"Fəaliyyət və Həmrəylik” partiyasının namizədi Maya Sandu prezident seçkisində Moldovanın hazırkı Prezidenti İqor Dodonu məğlub edib.

"Kommersant.az" "İnterfaks"a istinadən xəbər verir ki, MSK tərəfindən açıqlanan səsvermənin ilkin nəticələrinə əsasən Sandu səslərin 36.03%, Dodon - 32.7%-ni toplayıb.

MSK hər iki namizədin prezident seçkilərinin 15 noyabr tarixinə təyin olunmuş ikinci turuna gedəcəyini bildirib. Namizədlərin heç biri seçicilərin 50%-dən çoxunun dəstəyini ala bilmədiyi üçün təkrar səsvermə keçiriləcək.

Xatırladaq ki, 1 noyabrda Moldovada prezident seçkiləri keçirilib. Seçkidə iştirak tələb olunan 33.33 faiz həddini keçib və seçki keçərli elan edilib.

  • Əvvəlki

    Mərkəzi Bank depozit hərracı keçirib - NƏTİCƏSİ

Digər xəbərlər