USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da prezident seçkisindən sonra nə dəyişəcək? - Politoloq

03.11.2020 İqtisadiyyat
0 0
"Amerikada prezident seçkiləri hələ ki, qeyri-müəyyəndir. Nəticələr haqqında bəri başdan nəsə fikir demək çətindir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə Amerikada keçirilən prezident seçkilərindən danışarkən deyib. Onun fikrincə, namizədlərin şansları təxminən bərabərdir:

"Bu səbəbdən də nəsə söyləmək çətindir. Mənə elə gəlir ki, Azərbaycan üçün heç nə dəyişməyəcək. Artıq Amerika Azərbaycanın işinə qarışmayacaq, bəyanatlarla kifayətlənəcək. Amerika bəyan edir ki, yorulduq, getsinlər problemlərini özləri həll etsinlər. Bir-birlərini harda qırırlar-qırsınlar, bizlik deyil, qarışmırıq. Bu saat Amerikada bizə qarşı belə bir ovqat var".

Hikmət Hacızadə bu seçkidən sonra böyük dəyişikliklərin gözlənilmədiyini də qeyd edib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da növbəti prezident seçkisi keçirilir. Seçkidə əsas mübarizə Respublikaçılar Partiyasının namizədi, indiki prezident Donald Trampla Demokratlar Partiyasının nümayəndəsi, keçmiş vitse-prezident Cozef Bayden arasında gedir.

  • Əvvəlki

    Düşmən bölmələrimizin minaatan taqımını məhv edib? - RƏSMİ AÇIQLAMA

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0