USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkə boyu iş yerləri bağlandı

04.11.2020 İqtisadiyyat
0 0
"Bütün Türkiyədə iş yerləri saat 22:00-dan qapanacaq”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının, ölkə boyu, xüsusilə də İstanbulda çox artdığını vurğulayan prezident deyib ki, restoran, kafe, şadlıq evləri, nikah salonları, bərbərxanalar, konsert salonları, teatrlar, kinoteatrlar, istirahət mərkəzləri, müalicəvi termal su obyektləri və bu kimi yerlərin fəaliyyəti yerli vaxtla saat 22.00-da başa çatacaq.

R.T.Ərdoğan COVID-19-un yayılma sürətindən asılı olaraq qarşıdakı həftələrdə məktəblərdə əyani təhsilin dayandırılması məsələsinin də aktual olduğunu bildirib.

Prezident Türkiyə istehsalı olan yeni növ koronavirus peyvəndinin gələn ilin yaz aylarından tətbiq olunmasının nəzərdə tutulduğunu deyib.

  • Əvvəlki

    Dövlət rəmzlərinin adlarının yazılış qaydası müəyyənləşdi

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0