USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lavrov Qarabağ danışıqları formatının dəyişdirilməsi ilə bağlı təkliflərdən danışıb

04.11.2020 İqtisadiyyat
0 0
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar formatının dəyişdirilməsinə dair təkliflər Moskvada keçirilən görüşdə müzakirə olunub.

APA-Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində bildirib.

"Moskva Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan-Türkiyə, Ermənistan-Rusiya, 2+2 formatı yaradılması təklifinə necə baxır?" sualına Rusiya XİN başçısı belə cavab verib: "Danışıqlar formatı ilə bağlı çoxlu təkliflər var, o cümlədən formatın genişləndirilməsi, dəyişdirilməsi və s. ilə bağlı. Bu mövzu, xüsusi ilə bir müddət əvvəl Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə müzakirə olunub. Biz bütün tərəfdaşlarla işləməyin tərəfdarıyıq, o cümlədən tərəflərin qonşuları ilə işləməyin tərəfdarıyıq".

  • Əvvəlki

    Gürcüstanın İqtisadiyyat naziri koronavirusa yoluxub

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0