Gürcüstanda da zəlzələlər olub

05.11.2020 İqtisadiyyat
Gürcüstanda 3,5 gücündə zəlzələlər olub.

"Kommersant.az" gürcü KİV-nə istinadən xəbər verir ki, ilk təkan Oni şəhərindən cənubda 10 kilometr dərinlikdə qeydə alınıb. Bir dəqiqə sonra isə daha bir zəlzələ (3,5 bal) Saçxere şəhərinin 10 kilometrliyində hiss edilib. Zəlzələnin episentri 5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.