USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səhiyyə üzrə toplanan cərimələrdən istifadə qaydası dəyişib

05.11.2020 İqtisadiyyat
0 0
Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edib.

"Kommersant.az"ın məlumatına görə, bu Qayda səhiyyə sahəsində qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (ödənilən cərimələrdən) toplanan və həmin Nazirliyin xüsusi hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.

İndiyə qədər ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunub. Dəyişikliyə əsasən, ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi deyil, inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunacaq.

  • Əvvəlki

    "Azərbaycan PUA-larının vurulması yalandır"

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0