USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu rayonda indiyədək 374 ton quru tütün istehsal olunub

05.11.2020 İqtisadiyyat
0 0
Oğuz rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Torpaq mülkiyyətçiləri mövsümün əvvəlindən bu günədək rayonda fəaliyyət göstərən emal məntəqələrinə 3800 tonadək “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək bu emal məntəqələrində 374 ton quru tütün istehsal olunub.

Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu il oğuzlu fermerlər 269 hektar sahədə tütün yetişdiriblər. Tütünün əkin sahəsi əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılıb. Cari mövsümdə sahələrə, əsasən "Virciniya botaniki" növlü tütün əkilib. Tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb. Rayonun Bucaq, Bayan və Sincan kəndlərində fəaliyyət göstərən emal məntəqlərində 78 tütünqurutma kamerası var. Hazırda bu kameraların hamısı işlək vəziyyətdədir.

Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.

Rayonun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini də davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 200 hektar sahəyə arpa, 1060 hektara isə buğda toxumu səpiblər. Cari mövsümdə rayonda 17 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. (azertac)

  • Əvvəlki

    Cərimələrlə bağlı - DƏYİŞİKLİK

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0