USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirusa yoluxma artır, karantin rejimi sərtləşdirilir

06.11.2020 İqtisadiyyat
0 0
Soyuq havada bütün tənəffüs yolları xəstəliklərinə, o cümlədən COVİD-19-a yoluxma sayında artımın olacağı gözlənilirdi. Hələ bir neçə ay əvvəl COVİD-19-a yoluxma sayının artcağı barədə xəbərdarlıq etmişdik, artıq həmin dövrə çatmışıq.

Bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, yoluxma sayındakı kəskin artımın səbəblərindən biri soyuq havada tənəffüs yollarının müdafiə qabiliyyətini zəiflətməsi və tənəffüs yollarının infeksiyalara qarşı həssas olmasıdır:

"Yoluxma sayının kəskin artmasının səbəblərindən biri budur. Bu, bizdən asılı olmayan səbəbdir. Amma yoluxma sayının artmasında bizdən asılı olan səbəblər də var".

A.Qurbanov qeyd edib ki, müharibə başlandıqdan sonra insanlar infeksiyadan qorunma tədbirlərini sanki ikinci plana keçirdilər. Bunun da yoluxma saylarının artmasında müəyyən rolu olduğunu deyən TƏBİB rəsmisi qeyd edib ki, karantin tədbirlərinin yumşalması təmasların artmasına, bu isə öz növbəsində yoluxma hallarının çoxalmasına səbəb olur.Trend