USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dörd oğlu Qarabağda döyüşən ata - VİDEO

06.11.2020 İqtisadiyyat
0 0
Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini İlqar Nadirovun dörd övladı Qarabağ uğrunda ön cəbhədə döyüşür.

"Kommersant.az" xəbər verir ki, İ.Nadirovun iki oğlu hərbçidir, digər iki övladı isə Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına qatılıb. Övladları ilə fəxr etdiyini deyən ata körpəlikdən onları vətənpərvər ruhda tərbiyə etdiyini deyib:

"Biz övladlarımızı vətən üçün böyüdürük. Vətən sağ olsun. Təki torpaqlarımız tezliklə yağı düşmənin tapdağı altından azad olunsun. Mənim övladlarımda uşaq yaşlarından hərbiyə böyük həvəs olub. Onlar vətənpərvər ruhda böyüyüblər".

Siz də bu qəhrəmanları tanıyın! Bir atanın dörd övladı - Kənan, Faiq, Zəka və Novruz Nadirli qardaşları. Vətən bu dörd qardaşı çətin gündə ana yurda dayaq olmağa çağıranda, onlar ölümü gözə alıb, bir yerdə cəbhəyə yollanıblar. Yeganə bacılarının həyat yoldaşı Əfrayıl Əzizəliyev də onlarla bir yerdə ön cəbhədə düşmənlə vuruşur.

Əsgərlərin anasının sözlərinə görə, övladları müharibə başlayan gündən cəbhəyə yollanıblar.

Qardaşlardan Novruz döyüşlərdə yaralandığı üçün evlərinə qayıdıb. Ancaq o, tezliklə sağalıb, cəbhəyə qayıdacağı günü gözlədiyini deyib:

"Biz döyüşdə olanda, əsgər yoldaşlarımız ilə çox gözəl şüarımız vardı: "Kişilər PUA-sı ilə, qadınların duası ilə, Allahın rızası ilə qaytarırırq Qarabağı. İnşallah, mən də tezliklə cəbhəyə qayıdıb öz missiyamı davam etdirəcəyəm".

  • Əvvəlki

    “Tofiq ev tikmək istəyirdi və ona görə torpaq aldı, amma…” - Şəhidin atası

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0