USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Baş Prokurorluğu: Helikopterin vurulması ilə bağlı araşdırmalara başlanılıb

10.11.2020 İqtisadiyyat
0 0
9 noyabr tarixində saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanıb, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul edilməsi təmin ediləcək.

Baş Prokurorluqdan verilən məlumata görə, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir.