USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən il Azərbaycanda sutkalıq neft istehlakı 92 min barrel təşkil edib

20.06.2018 İqtisadiyyat
0 0
Azərbaycanda keçən il gündəlik neft istehlakı 92 min barrel təşkil edib.

"Kommersant" xəbər verir ki, bu barədə BP-nin illik statistik hesabatında deyilir. Bildirilir ki, hesabat ilində Azərbaycanın xam neft istehsalı isə sutkalıq orta hesabla 795 min barrel olub.

Xəzəryanı ölkələrdən Rusiyanın gündəlik neft istehlakı keçən il 3 milyon 224 min barrel, İranın 1 milyon 816 min barrel, Qazaxıstanın 311 min barrel, Türkmənistanın isə 155 min barrel təşkil edib.

Sutkalıq neft istehlakına görə dünyada ilk sırada 19 milyon 880 min barrellə ABŞ, ikinci yerdə 12 milyon 799 min berrel ilə Çin, üçüncü sırada isə 4 milyon 690 min barrellə Hindistan qərarlaşıb. Hesabata görə, dünyada gündəlik neft istehlakı ən az ölkə 44 min barrellə Trinidad və Tobaqodur.

Keçən il dünya üzrə sutkalıq neft istehlakı 98 milyon 186 min barrel olub. Bu həcmin 47 milyon 33 min barreli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə, 51 milyon 152 min barreli qeyri-OECD ölkələrində, 13 milyon 211 min barreli isə Avropa İttifaqında istehlak edilib.

  • Əvvəlki

    Trumpdan Apple şirkətinə “iPhone zəmanəti”

Digər xəbərlər

04.03.2024 İqtisadiyyat
Lufthansa yenidən tətilə başlayıb
0 0
04.03.2024 İqtisadiyyat
Bitcoin 2 milyonu keçdi
0 0
04.03.2024 İqtisadiyyat
Çirkli hava beyin üçün təhlükə yaradır
0 0
04.03.2024 İqtisadiyyat
Rusiyada ixrac aşağı düşüb
0 0
04.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0