USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Uduzduqdan sonra hansısa terror aktına səy göstərmək Ermənistanın köhnə adətidir"

11.11.2020 İqtisadiyyat
0 0
Ermənistanın zaman-zaman xaricdəki Azərbaycan və Türkiyə diplomatlarını hədəf aldığı, onlara qarşı terror aktları təşkil etdiyi məlumdur. Xarkovdakı konsulluğumuza edilən silahlı hücum da bu təhlükənin nə qədər real olduğunu göstərdi.

Döyüş meydanında məğlub olan Ermənistanın, bundan sonra diplomatlarımıza qarşı terror hücumlarının təşkilinə daha çox səy göstərməsi mümkündürmü?

Sabiq XİN rəhbəri Tofiq Zülfüqarov Ermənistanın terrorçuluq siyasətinə hər zaman sadiq olduğuna diqqət çəkdi: "Xaricdəki diplomatik nümayəndələrimizin təhlükəsizliyinə təmminat onları qəbul edən ölkələr tərəfindən verilir. Yəni xaricdəki diplomatlarımızın təhlükəsizliyinin təmin olunması ilk növbədə bu ölkələrin məsuliyyətidir. Amma eyni zamanda, Azərbaycan da bəzi yerlərdə diplomatlarımızın təhlükəsizliyi üçün gərəkli addımları atır və gələcəkdə də bu cür addımlar atılacaq. Bu təhlükə realdır. Xarkovda konsulluğumuza olan hücum da bu təhlükənin nə dərəcədə ciddi olduğunu göstərdi.

Döyüş meydanında uduzduqdan sonra hansısa terror aktına səy göstərmək Ermənistanın köhnə adətidir. Ermənistan həmişə terrora əl atan, öz məqsədinə bu yolla çatmaq istəyən dövlət olub. Biz buna hazır olmalıyıq".

  • Əvvəlki

    Ərdoğan Baydeni təbrik etdi

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0