“Mən bacarmadım” - Nikol Paşinyan

11.11.2020 İqtisadiyyat
“Dağlıq Qarabağın statusunu dəqiqləşdirmədən ən azı beş rayonun qaytarılmasını təklif etməliydim”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan xalqa müraciət edərkən bildirib.

O bildirib ki, əvvəlcədən Azərbaycanla danışıqların məntiqini dəyişdirməyə çalışıb:

"Alınmadı. Çünki ərazilərin təslim edilməsi məsələsi danışıqlarda əsas tezis olub. Biz orduya istədiyimiz qədər vəsait ayıra bilmədik".

Sonda N.Paşinyan peşman olduğunu dilə gətirib. O, bacarmadığını etiraf edib. /Oxu.az