USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AYİB: Azərbaycanda bu il inflyasiya 3% olacaq

11.11.2020 İqtisadiyyat
0 0
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) proqnozuna əsasən, bu il Azərbaycanda orta illik inflyasiya 3% səviyyəsində olacaq.

"Kommersant.az" banka istinadən verdiyi məlumata görə, hazırda mövcud olan məzənnənin de-fakto bağlılığı inflyasiyanı stabil səviyyədə saxlayır (sentyabrda illik inflyasiya 2,9% olub). Lakin AYİB qeyd edir ki, neft gəlirlərinin əhəmiyyətli dərəcədə azalması fonunda xarici və maliyyə balansları profisitdən kəsirə çevrilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov son çıxışında ölkədə bu il inflyasiyanın 2,8-3%, 2021-ci ildə isə 3,6-4% diapazonunda qalacağını vurğulayıb.

Xatırladaq ki, ötən il Azərbaycanda inflyasiya 2,6% səviyyəsində olub.

(c)APA