USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirusun erkən əlamətləri açıqlanıb

20.11.2020 İqtisadiyyat
0 0
Tibb mütəxəssisləri koronavirusa yoluxmanın erkən mərhələsində, hələ adamın bundan xəbəri yoxkən özünü göstərən dörd əlaməti açıqlayıblar.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, onlarla aparılan tədqiqatda gəlinən qənaətə görə, koronavirusa hər beş yoluxandan biri həzmlə bağlı problemlərlə, o cümlədən iştahasızlıq, ürəkbulanma, qusma, mədə sancısı ilə üzləşir.

Həmçinin Amerika Oftalmologiya Akademiyasının (San-Fransisko) məlumatına görə, yoluxanların 3 faizinə qədəri konyunktivitdən əziyyət çəkir.

London İmperial Koleci tədqiqatçılarına görə, başqa bir əlamət olan beyin pozuntusu xəstəliyin ağırlıq səviyyəsindən asılı olmaqla sağalmadan bir neçə ay sonra da davam edə bilər.

Nəhayət, Dublin Triniti Koleci tədqiqatçılarının gəldikləri qənaətə görə isə, yoluxanların yarısına qədəri təqətsizlikdən əziyyət çəkir və bu da 10 həftəyədək davam edə bilər.

  • Əvvəlki

    Rusiya ombudsmanı Azərbaycanı nümunə göstərdi

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0