USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİN-dən siqaret çəkənlərlə bağlı açıqlama yaydı - AÇIQLAMA

23.11.2020 İqtisadiyyat
0 0
Daxili İşlər Nazirliyi (DİN) açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama verib.

DİN Mətbuat xidmətindən bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz:

"Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər. Küçədə, insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Sadəcə öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır".

Ölkədə noyabrın 21-dən açıq havada maska taxmaq məcburidir. Buna əməl etməyənlər 100 manat məbləğində cərimə olunur.

Xatırladaq ki, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a açıqlamasında bildirib ki, açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir.

  • Əvvəlki

    Əmlakın siyahıya alınması qaydasında - YENİLİK

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0