USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda Ordusu Kəlbəcərə bu istiqamətlərdən daxil oldu - FOTOLAR

25.11.2020 İqtisadiyyat
0 0
Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat verib.

O qeyd edib ki, bu, Göygöl rayonunun Toğanalı kəndi və Daşkəsən istiqamətləridir: "Hazırda bölmələrimizin hərəkəti davam edir və bölmələrimiz müəyyən olunmuş marşrutlar üzrə həmin məntəqələrə çıxacaq. Azərbaycan Ordusu Kəlbəcəri tam nəzarətə götürəcək".

V. Dərgahlı əlavə edib ki, noyabrın 25-i gecə saatlarından mühəndis işləri görülüb:

"Ərazilər, yollar, çətin keçilən dağlıq yollar minalardan təmizlənib. Döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb. Bildiyiniz kimi Kəlbəcər hündür, dağlıq ərazidir və hündürlük demək olar, 3 500 metrdən artıqdır. Azərbaycan Ordusunun bölmələri belə ağır şəraitdə Kəlbəcərə daxil olaraq oranı nəzarətə götürəcək.

Bölmələrimiz ilk olaraq hərəkət edərək Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli bəyanatla müəyyən edilmiş ərazi olacaq. Bu barədə sonradan məlumat veriləcək".

  • Əvvəlki

    Türkiyə səfirliyi Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik etdi

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0