USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sərt karantin rejiminin müddəti uzadıldı - Almaniyada

26.11.2020 İqtisadiyyat
0 0
Almaniya kansleri Angela Merkel ölkədə tətbiq edilən sərt karantin rejiminin uzadıldığını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, Merkel bu barədə əyalət rəhbərləri ilə keçirdiyi videokonfransda bildirib. O, sərt karantinin 20 dekabradək uzadıldığını, yeni qaydaların tətbiq ediləcəyini açıqlayıb.

Merkel vurğulayıb ki, ölkədəki bu vəziyyət 2021-ci ilin yanvarına qədər davam edə bilər.

Qaydalara əsasən, teatr, opera, konsert zalları, idman, kino, əyləncə, masaj mərkəzləri, restoran, barlar fəaliyyət göstərməyəcək. Futbol oyunları tamaşaçılarsız reallaşacaq.

Marketlərdə 10 metr məsafə saxlanılacaq. Supermarketlərdə isə məsafə 20 metr olacaq.

Universitetlərdə təhsil onlayn keçiriləcək. Məktəb və liseylər açıq olacaq, lakin virus aşkarlandığı halda tədbirlər görüləcək.

Vurğulanıb ki, küçədə 5 nəfərdən artıq toplaşmaq olmaz.

Qeyd edək ki, ölkədə bu günədək 961 min 320 nəfər virusa yoluxub, 14 min 771 vətəndaş ölüb.

  • Əvvəlki

    Neftin bahalaşması davam edir

Digər xəbərlər