USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SMS icazə nə vaxt tətbiq edilə bilər?

02.12.2020 İqtisadiyyat
0 0
Dekabrın 1-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 426 yeni yoluxma faktı qeydə alınıb, 1 995 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, bu günə qədər isə ümumilikdə 1 746 198 test icra olunub.

Azərbaycanda koronavirusa yoluxanların sayının artması karantin tədbirlərinin sərtləşdirilməsini reallaşdırır. Ölkədə koronavirusa təkrar yoluxma hallarının qeydə alındığı da bildirilir. Xəstəxanalar artıq dolub, yoluxmuş şəxslərin sayı isə artmaqda davam edir. Bəs görəsən, əvvəlki kimi yaşlıların küçəyə çıxmasına qadağa qoyulması, SMS-icazələrin yenidən tətbiqi gözlənilirmi?

Bizimlə söhbətdə həkim-ekspert Adil Qeybulla bildirib ki, dünyanın hər yerində görülən tədbirlər yerli epidemioloji vəziyyəti nəzərə alaraq həyata keçirilir: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, Operativ Qərargah qərar verir. Vəziyyət kritik həddə çatdıqda, daha sərt tədbirlər görülür. Amma bu, insanlarda əlavə gərginlik yaradır. Onlar həm psixoloji, həm də maddi baxımdan çətinlik yaşayırlar. Yoluxma isə davam edir. Ona görə də düşünürəm ki, karantini daha da sərtləşdirməyə gərək yoxdur. İctimai nəqliyyat hələ də bərbad durumdadır, amma açıq havada maska taxmaq məcburidir. İctimai nəqliyyatda qayda-qanun yaratmaq lazımdır, yoluxmanın böyük əksrəriyyəti ona bağlıdır". "Yeni Müsavat"a danışan deputat Fazil Mustafa isə bildirib ki, karantin qaydaları daha da sərtləşdirilməlidir: "Başqa yol yoxdur. Hamı səbəbli, səbəbsiz yollarda, küçədədir, xəstəliyin daşıyıcıları virusu istənilərn səviyyədə yaya bilirlər. Ona görə də çıxış yolları düşünülməlidir. Çünki maskaya əməl etməyənlərin də sayı kifayət qədər çoxdur. Onun da təsiri olub. Qələbə yürüşlərinin də təsiri var. Bütövlükdə xeyli təsiredici amillər var, buna görə də karantin şərtlərini sərtləşdirmək lazımdır. Çox güman ki, müəyyən məhdudiyyətlərə gedilməsi intensivləşdiriləcək. Karantin qaydalarını cəmiyyətin öhdəsinə buraxmaq bir qədər doğru deyil. Bu daha çox Operativ Qərargahın aldığı qərarlar çərçivəsində həll olunmalıdır.

Çünki hazırda ölkədəki durum, xəstəxanalardakı mövcud durum, çarpayının olub-olmaması kimi dəqiq məlumatlar onlardadı. Bununla bərabər əhaliyə ilə təbliğat işi də gücləndirilməlidir".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri vurğulayıb ki, ciddi tədbirlər görülməsə, vəziyyət daha da gərginləşə və çətin durum yarana bilər: "Hamı bilir ki, maska taxmaq lazımdır, hamı bilir ki, gigiyena qaydalarına riayət etmək lazımdır, ara məsafəsi saxlamaq lazımdır, amma əməl etmirlər. İstənilən halda hökumət sərtləşdirilmiş addımlara getməlidir.

Ən azı 2 həftəlik sərt karantin təmin olunmalıdır ki, vəziyyət normallaşsın. Təmasları azaltmasaq, nəyəsə nail olmaq çətindir. 65 yaşdan yuxarı insanların evdən çıxmasna ən azı iki həftəlik qadağa qoyulmalıdır. Çünki onların küçəyə çıxması həyatları üçün daha təhlükəlidir. Bütövlükdə hesab edirəm ki, yenə sərt rejimə keçməliyik, başqa yol yoxdur".

Nazirlər Kabinetindən isə bildirilib ki, hələ ki bununla bağlı hər hansı qərar yoxdur. Daxili işlər orqanları əməkdaşları respublika üzrə yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri ilə bağlı araşdırmaları davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 30-da keçirilən tədbirlər nəticəsində yaşayış yerini tərk edən 28 nəfərin yeri müəyyən edilərək saxlanılıb. Saxlanılıan şəxslərdən 26-sı evə qaytarılıb, 2 aktiv xəstə isə xəstəxanaya yerləşdirilib. Həmin xəstələrdən 19 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirusdan qorunmaq üçün açıq havada tibbi maskalardan istifadənin təsirləri barədə məlumatlara münasibət bildirib.

Açıq havada tibbi maskadan istifadə etməməyin fəsadlarından danışan azərbaycanlı alim bildirib ki, virus təkcə hava-damcı yolu ilə deyil, həm də aerezollar vasitəsilə yayılır:

"Aerezollar isə gözlə görünən damcıdan yüzlərlə dəfə kiçikdir. Ona görə də aerezolları gözlə görmək mümkün deyil. Açıq havada aerozolların hərəkəti və onlar vasitəsilə virusun yayılması barədə bir misal çəkə bilərəm: Açıq havada adi maskadan istifadə edən şəxsə onun yaxınlığından keçən digər bir adamın parfümünün qoxusu necə gəlirsə, virus da aerozollarla açıq havada eyni formada hərəkət edib insana yoluxa bilər. Beləliklə, açıq hava şəraitində də yoluxma yayıla bilir. Burada yüksək qoruyuculuğa malik tibbi maskalar insanları virusa yoluxmadan qoruya bilər. Digər tərəfdən, elmi tədqiqatlar sübut edir ki, tibbi maska taxan adamlar virusu özündən daha az xaric edir və az xaric olunan viruslar havadakı hərəkətindən sonra bir çox hallarda yoluxduruculuq qabiliyyətini itirir. Bununla bağlı hələ yay aylarında aparılan araşdırmalar, elmi məqalələr haqqındakı elmi şərhim geniş oxucu kütləsinə təqdim edilib. Ona görə də tibbi maskalardan istifadə və məsafənin saxlanılması açıq havada da mütləqdir ki, virusu gizli keçirən insanlar xəstəliyi daha çox yaymasınlar. Eyni zamanda maskasız məsafə saxlamaq və ya məsafəsiz maska taxmaq insanları virusdan qorumur".

  • Əvvəlki

    “Bütün ərazilərdə Azərbaycan Silahlı Qüvvələri keşik çəkəcək” - AÇIQLAMA

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0