USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni məhdudiyyətlər tətbiq olunacaq? - AÇIQLAMA

02.12.2020 İqtisadiyyat
0 0
Tələb olunan qaydalara əməl olunmadığı təqdirdə epidemioloji durumun daha da pisləşməsi ilə üzləşəriksə, yeni məhdudiyyətlərin tətbiqi zəruri olacaqdır.

"Kommersant.az"ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda COVİD-19-la bağlı yoluxma vəziyyəti çox gərgindir:

"Xüsusən də son həftələrdə rast gəlinən hallar, həmçinin xəstələrin sayının artımı səhiyyənin xeyli yüklənməsinə səbəb olub. İnsanların qoruyucu gigiyenik qaydalara əməl etməsi baxımından müəyyən irəliləyişlərin olduğunu görürük. Lakin onu da qeyd etmək lazımdır ki, yoluxma hallarının artımının davam etməsində özlərində müəyyən xəstəlik əlamətləri hiss edən bəzi şəxslərin məsuliyyətsizliyi, xəstəliyin ilk günlərindən buna əhəmiyyət verməməsi, özlərini təcrid etməməsi, tibb müəssisələrinə vaxtında və ya ümumiyyətlə müraciət etməmələri, özünümüalicə ilə məşğul olmalarıdır. Hesab edirəm ki, hazırkı durumda əhalinin bu istiqamətdə də xüsusilə maarifləndirilməsinə böyük ehtiyac var".Trend

  • Əvvəlki

    Mərkəzi Bank sığorta atestasiyanının nəticələrini - AÇIQLADI

Digər xəbərlər