USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kütləvi peyvənd bu tarixdə olacaq

03.12.2020 İqtisadiyyat
0 0
Türkiyədə əhalinin koronavirus əleyhinə peyvənd olunmasına dekabrın 11-dən başlanılacaq.

"Kommersant.az"ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Səhiyyə naziri NTV telekanalına bildirib ki, ilk növbədə səhiyyə sahəsinin əməkdaşları, həmçinin yaşı 65-dən çox olan vətəndaşlar peyvənd olunacaqlar. Türkiyəyə ilk koronavirus peyvəndlərinin dekabrın 11-də gətiriləcəyi gözlənilir. Peyvəndlər Çin istehsalıdır.