USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müharibədə döyüşən hərbçilər paradda iştirak edəcəkmi? - AÇIQLAMA

08.12.2020 İqtisadiyyat
0 0
Dekabrın 10-da Azadlıq Meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib ki, müharibədə iştirak edən bütün hərbi hissələrin nümayəndələri qələbə paradında iştirak edəcəklər: "Hazırda onların məşq prosesi gedir. Onların sayını dəqiq bilmirəm, nə qədər olacaq.

Döyüş vaxtı yaralanmış qazilərimiz yenidən sıraya qayıdıblarsa, onların sağlamlığı paradda iştirak etməyə imkan verirsə, onlar da hərbi paradın iştirakçısı olacaqlar.

Hərbi paradda 150 ədəd hərbi texnika iştirak edəcək. Onların içində həm artilleriya, həm raket yaylım vasitələri, həm də digər xüsusi texnikalar olacaq. Hərbi paradda ən yeni alınan texnikalar da nümayiş etdiriləcək. Həmçinin düşməndən qənimət götürülən texnikalar da paradda göstəriləcək".

BAKU.WS

  • Əvvəlki

    Təcili tibbi yardımın gecikməsinə aydınlıq gətirildi

Digər xəbərlər