USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Baydenə yad insan deyiləm, evimə qədər gələn biridir”

09.12.2020 İqtisadiyyat
0 0
“Baydenə yad insan deyiləm. Onunla Barak Obama dövründə tanış olmuşam. Bayden evimə qədər gələn biridir. Səhhətimdə yaranan nasazlıq zamanı məni evimdə ziyarət etmişdi. Ömər Çelik də o ziyarətdə var idi”.

Pravda.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilən dövlət başçısı Co Bayden barədə danışarkən deyib.

"Təəssüf ki, dünyada siyasət çirkin bir şəkildə irəliləyir. ABŞ-la Türkiyə arasında proses nə olacaq? Biz NATO-da bərabər deyilik? ABŞ-dan sonra dünyada ilk beşlikdə yer alan ölkə Türkiyədir. Bunu özləri də etiraf edirlər.

Təəssüf ki, silah alqı-satqısı ilə bağlı atdıqları addımlar və ifadələri xoş deyil. Xüsusilə hazırda Suriyanın şimalında, Fəratın şərqindəki yanaşmaları doğru deyil. Vəzifəsini boynuna götürsün, sonra cənab Baydenlə oturub bəzi şeylərdən danışacağıq. Siyasətdə heç bir qarşıdurma yoxdur. Diplomatiyada həmçinin, bu mövzular müzakirə edilib və həlli tapılıb. İnanıram ki, ABŞ ilə bu prosesi çox fərqli şəkildə inkişaf etdirəcəyik".Qafqazinfo

  • Əvvəlki

    Elman Rüstəmovdan qazi və şəhid ailələrinə yardımla bağlı - AÇIQLAMA

Digər xəbərlər