USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb - MƏBLƏĞ

11.12.2020 İqtisadiyyat
0 2
2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 64709,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul istehsal olunub

"Kommersant.az" xəbər verir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz, neft-qaz sektorunda isə 6,5 faiz azalıb.

ÜDM istehsalının 34,0 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 6485,7 manata bərabər olub.

  • Əvvəlki

    Elektromobilin geniş tətbiqi neft dövrünün sonunu yaxınlaşdıra bilər

Digər xəbərlər