USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İş saatlarında dəyişiklik edildi

14.12.2020 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, dekabrın 14-dən yanvarın 18-dək Azərbaycanda sərt karantin rejimi tətbiq ediləcək.

"Kommersant.az" xəbər verir ki, sərt karantin rejimini nəzərə alaraq "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin iş saatlarında dəyişiklik edilib.

Müvafiq dəyişikliyə əsasən 14 dekabr tarixindən 30 dekabr tarixinədək Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" və "ASAN Kommunal", həmçinin Sumqayıt və Gəncə regional "ASAN xidmət" mərkəzləri saat 18.00-dək, digər regional mərkəzlər isə 17:00-dək fəaliyyət göstərəcək.

Həmçinin xatırladaq ki, koronavirusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 12-13, 19-20, 26-27 dekabr tarixlərində bütün "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

  • Əvvəlki

    Maliyə monitorinqi üzrə mütəxəssis - VAKANSİYA

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0